Fövqəladə hallarda davranış qaydaları ilə bağlı maarifləndirmə tədbiri keçirilib –FOTO

Fövqəladə Hallar Nazirliyinin aidiyyəti qurumları tərəfindən fövqəladə hallarla bağlı davranış qaydaları barədə əhalinin maarifləndirilməsi məqsədilə silsilə tədbirlər keçirilib.

FHN saytında verdiyi xəbərə görə, nazirliyin Dövlət Yanğın Nəzarəti Xidmətinin mütəxəssislərinin də iştirakı ilə Qarabağ Regional Mərkəzi tərəfindən Beyləqan rayon Mil qəsəbə tam orta məktəbində, Bakı Regional Mərkəzi tərəfindən Bakı şəhər, Qaradağ rayonu neftçi Qurban Abbasov adına 288 saylı tam orta məktəbində, Gəncə Regional Mərkəzi tərəfindən Gəncə şəhər M. Əzizbəyov adına 15 nömrəli və 19 nömrəli tam orta məktəblərində maarifləndirmə tədbirləri keçirilib.

Tədbirlərin keçirilməsində məqsəd baş verə biləcək təbii və texnogen xarakterli fövqəladə hadisələrlə bağlı zəruri davranış qaydaları barədə vətəndaşlara müvafiq biliklərin verilməsi olub.

Tədbirlərdə fövqəladə halların təsnifatı, ölkəmiz üçün xarakterik olan fövqəladə hallar, o cümlədən yanğınların baş vermə səbəbləri və bu zaman zəruri davranış qaydaları barədə ətraflı məlumat verilib, FHN-in “112” qaynar telefon xəttinin təyinatı izah olunub, ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani şəkildə nümayiş etdirilib.

İnteraktiv formada keçirilən tədbirlər zamanı suallar ətraflı cavablandırılıb.

Əvvəlki məqalə

Qazaxda avtomobil 6 yaşlı uşağı vurub

Sonrakı məqalə

İranda iki deputatın ofisinə hücum olub