“Fransa ilə siyasi münasibətlərimiz normallaşıb” –İLHAM ƏLİYEV

Azərbaycanla Fransa arasında güclü mədəni əlaqələr mövcuddur və bizim əməkdaşlığımızın tarixi bunu əyani şəkildə nümayiş etdirir.

Bu barədə Prezident İlham Əliyev ADA Universitetində keçirilən “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfransda bildirib.

Dövlət başçısı əməkdaşlığın bir sıra sahələrində böyük nailiyyətlər olduğunu deyib və qeyd edib ki, dəfələrlə Fransa və Azərbaycan mədəniyyəti günləri keçirilib. Azərbaycanın təxminən 10 şəhəri ilə Fransanın şəhərləri qardaşlaşıb. Bakı Fransız liseyinin, həmçinin Azərbaycan-Fransız Universitetinin açılması çox müsbət nəticələrdir. Bizim çox müxtəlif mədəni münasibətlərimiz davam etməkdədir.

“Amma ümumi siyasi münasibətlərə toxunsaq, qeyd edərdim ki, onlar normaldır, artıq normala qayıdıb. Biz anlayırıq ki, güclü Ermənistan diasporu Fransada nəinki qərarvermə prosesinə, eləcə də insanların beyinlərinə mənfi təsir edir. Fransa ilə münasibətlər bizim üçün hər zaman əhəmiyyətli olub. Çünki Fransa dünyanın öndə gedən, lider ölkələrindən biridir. Biz həmçinin demək istəyirik ki, Azərbaycan heç də Ermənistanın təqdim etdiyi kimi deyil”, – deyə Azərbaycan Prezidenti diqqətə çatdırıb.

Əvvəlki məqalə

Azərbaycanda daha 13 nəfər COVID-19-a yoluxub

Sonrakı məqalə

Arvadını öldürən məhkəmə hakiminin cəzası azaldılıb