Fransa məhkəməsi Bəşər Əsədin həbsinə order verib

Fransa məhkəməsi Suriya prezidenti Bəşər Əsədin həbsinə order verib.

Azpost.info xəbər verir ki, bu barədə “Le Figaro” qəzeti yazıb.

Paris Əsədi 2013-cü ildə kimyəvi silahdan istifadə etməkdə ittiham edir.

Order daha dörd nəfərə – prezidentin qardaşı, Suriya Qvardiyasının komandanı Maher Əsədə və daha iki generala – Qassan Abbas və Bassam al-Assada verilib. Onların hamısı insanlığa qarşı cinayətlərdə və müharibə cinayətlərində iştirakda ittiham olunurlar.

Nəşrin yazdığına görə, 2013-cü il avqustun 21-də Suriyanın Şərqi Quta əyalətində sarin qazından istifadə edilib. ABŞ kəşfiyyatının məlumatına görə, o zaman 1000-dən çox insan həlak olub.

Azpost.info

Əvvəlki məqalə

Paşinyan Ermənistanın KTMT-dən çıxmasından danışıb

Sonrakı məqalə

HƏMAS 50-yə yaxın girovu azad etməyə razılaşıb