Fransada aviaşou zamanı təyyarə dənizə düşdü –VİDEO

Fransada aviaşou zamanı “Fuqa Magister” təyyarəsi dənizə düşüb. 

Azpost.info “Le Figaro”ya istinadən bildirir ki, şəxsi kolleksiyadan olan təyyarə Var departamentindəki Le Lavandu yaxınlığında dənizə düşüb.  İnsident avqustun 16-da axşam saatlarında aviaşou zamanı baş verib.

Təyyarənin qəzaya uğraması ilə bağlı məlumatı yerli liman administrasiyası təsdiqləyib. Qeyd olunur ki, pilot təyyarənin ejektor oturacağı ilə təchiz olunmadığı üçün təyyarəni tərk edə bilməyib.

Var departamentinin prefekturasından bildiriblər ki, aviaşou dayandırılıb və xilasedicilər dənizdə axtarışlara başlayıblar. Sosial şəbəkələrdə istifadəçilər təyyarənin tam sürətlə dənizə düşməsini əks etdirən videolar yayımlayırlar.

Təyyarənin aviaşou zamanı qəzaya uğradığı Fransanın Var departamentinin prefekturası pilotun cəsədinin tapılması barədə məlumat yayıb.

“Pilotun meyiti aşkarlanıb. Tulon məhkəmə tribunalının prokuroru qəzanın səbəblərini müəyyən etmək üçün təhqiqata başlayıb”, – deyə prefekturanın saytında yayılan press-relizdə deyilir.

 

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.