Fransada parlament seçkilərində gözlənilməz nəticə

Fransada keçirilən parlament seçkilərinin qalibi solçular koalisiyası Yeni Xalq Cəbhəsi partiyası oldu. Solçular koalisiyası Milli Assambleyada 172-192 arası yer əldə edərək birinci yerdə oldu.

“İpsos-Talan” sorğu mərkəzinin ilkin hesablamalarına görə ikinci yeri makronçuların “Birlikdə” koalisiyası (150-170), 3-cü yerdə isə ifrat sağçılar (132-152) qərarlaşıb. Respublikaçılar, digər sağçılar və solçular, mərkəzçilər isə növbəti yerləri bölüşüblər.

Qeyd edək ki, növbədənkənar parlament seçkilərinin ikinci turu 441 seçki dairəsində keçirilib. İkinci tura keçən ifrat sağçıların “Milli Birlik” partiyası Milli Assambleyada əksəriyyəti əldə edə bilməyib.

Gələcək hökumət məsələsi həll olunmamış qalır. Prezident bloku indiyədək malik olduğu nisbi əksəriyyəti itirib.

Seçkilərin birinci turundan sonra 200 nəfərin namizədliyini geri götürülməsi Milli Birlik partiyasının mütləq çoxluqdan uzaqlaşdırılmasına, makronçuların isə daha artıq yer qazanmasına təkan verdi.

“France Télévisions”, “Radio France”, “France 24”, “RFI” et “LCP” kanallarının sifarişi ilə “Ipsos-Talan” sorğu mərkəzinin hesablamalarına görə, növbədənkənar parlament seçkilərinin ikinci turunda seçici iştirakı rekord rəqəmə 67,1 faizə çatıb ki, bu da 1997-ci ildən sonra müşahidə olunan ən yüksək iştirak göstəricisidir.

Fransa parlamenti 577 deputatdan təşkil olunur. Parlamentdə çoxluğu əldə etmək istəyən partiyaya 289 mandat kifayət edir. Fransada seçkilər majoritar sistem üzrə iki turda keçirilir- namizədlər partiya siyahıları ilə deyil, 577 dairə üzrə seçilir.

Əvvəlki məqalə

Əsas donorlar Baydeni seçkilərdən çəkilməyə çağırırlar

Sonrakı məqalə

Britaniyanın yeni müdafiə naziri Ukraynada səfərdədir