Fransada seçkidə siyasi bloklar mütləq səs çoxluğu ala bilməyib

Fransada keçirilən növbədənkənar parlament seçkilərinin ikinci turunun nəticələrinə görə, siyasi bloklardan heç biri 289 mandatın mütləq əksəriyyətini əldə edə bilmir.

Bununla bağlı BFMTV-nin təqdim etdiyi məlumatlarda bildirilir.

Belə ki, “Yeni Xalq Cəbhəsi” solçu alyansı Fransada növbədənkənar parlament seçkilərinin ikinci turunda Milli Assambleyada (parlamentin aşağı palatası) 175-dən 205-ə qədər yer qazanaraq liderlik edir.

Eyni zamanda, “Respublika Naminə Birlikdə” prezident koalisiyası 150-dən 175-ə qədər, sağçı “Milli Birlik” partiyası isə 115-dən 150-yə qədər mandata malikdir.

Əvvəlki məqalə

Gürcüstanın xarici borcu 24,5 milyard dollardır

Sonrakı məqalə

Ərdoğan NATO sammitində iştirak edəcək