Fransanın dövlət naziri:

"Azərbaycan və Ermənistan sülhlə bağlı öhdəlik götürüblər"
30 Sentyabr 2019 - 19:10

“Avropa Şurası Nazirlər Komitəsi Dağlıq Qarabağ münaqişəsi ilə bağlı irəliləyişləri izləyir və diqqətdə saxlayır”. 

Bunu Fransanın Avropa məsələləri üzrə dövlət naziri Amelie de Montchalin Avropa Şurası Parlament Assambleyasının payız sessiyasında çıxışı zamanı deyib. O bildirib ki, ATƏT-in Minsk Qrupu da Dağlıq Qarabağ münaqişəsinin həllinə çalışır.

A. Montchalin vurğulayıb ki, Azərbaycan və Ermənistan Avropa Şurasına üzv olduqları zaman sülhlə bağlı öhdəlik götürüblər. O qeyd edib ki, bu məsələdə Avropa Şurası Nazirlər Komitəsi ATƏT-in Minsk Qrupuna dəstək verir.