Fransanın dövlət naziri:"Azərbaycan və Ermənistan sülhlə bağlı öhdəlik götürüblər"

“Avropa Şurası Nazirlər Komitəsi Dağlıq Qarabağ münaqişəsi ilə bağlı irəliləyişləri izləyir və diqqətdə saxlayır”. 

Bunu Fransanın Avropa məsələləri üzrə dövlət naziri Amelie de Montchalin Avropa Şurası Parlament Assambleyasının payız sessiyasında çıxışı zamanı deyib. O bildirib ki, ATƏT-in Minsk Qrupu da Dağlıq Qarabağ münaqişəsinin həllinə çalışır.

A. Montchalin vurğulayıb ki, Azərbaycan və Ermənistan Avropa Şurasına üzv olduqları zaman sülhlə bağlı öhdəlik götürüblər. O qeyd edib ki, bu məsələdə Avropa Şurası Nazirlər Komitəsi ATƏT-in Minsk Qrupuna dəstək verir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

BNA Tahir Kərimliyə cavab verdi:

Sonrakı məqalə

Sabahdan pensiya artır –