“Fransanın Ermənistana silah göndərməsi sadəcə, təxribatdır”- Türkiyə prezidenti

“Fransa Ermənistana silah göndərir. Bu, sadəcə, təxribatdır”.

Azpost.info xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Yunanıstan səfərindən qayıdarkən təyyarədə jurnalistlərin suallarını cavablandırarkən deyib.

“Fransanın etdikləri sadəcə təxribatdır. Fransa bilməlidir ki, Ermənistana yaxşılıq etmir, əksinə, pislik edir. Fransa əvvəllər də Ermənistana xeyli dəstək verib. Nəticəsi nə oldu? Fransa Minsk üçlüyü komandasındadır. İş bitib, heç bir nəticə əldə etməyib. Belə olan halda Ermənistanı yenidən təxribata çəkir. Guya zirehli texnika göndərsəniz, nə olacaq? Nəticəsi olmayacaq. Çünki indi öz ərazisinin işğalına son qoyan Azərbaycan var”.

Azpost.info

Əvvəlki məqalə

Bakıda zəlzələ vulkanın altından naməlum qala divarını üzə çıxardı –

Sonrakı məqalə

“Azərbaycanla sülhə əsaslanan münasibətlər Ermənistan üçün ən yaxşı variantdır”