“Freddi Merkuri azərbaycanlı deyil” –Əfsanəvi muğənninin bacısı danışdı (MÜSAHİBƏ)

Əfsanəvi müğənni Freddi Merkurinin bacısı Kəşmirə Bulsara (Kashmira Cooke – Bulsara)  HafizTimes.com-un suallarını cavablandırıb. Bu müsahibədə Kəşmirə Bulsara ailəsinin kökləri və qardaşı Freddi Merkyuri ilə bağlı mühüm məqamlara aydınlıq gətirib. O, ailəsinin Azərbaycan əsilli olması ilə bağlı yayılan iddialara da ilk dəfə münasibət bildirib. 

Azpost.info müsahibəni oxucularına təqdim edir:

Kəşmirə Bulsara (Kashmira Cooke – Bulsara) – 1952-ci ildə Zanbizarda anadan olub, orada təhsil alıb. Roger Cooke ile evlidir. 67 yaşı var. Samuel Cooke adlı oğlu var.

 

-Kəşmirə xanım hazırda nə işlə məşğul olursunuz?

-Brian May ilə Fredinin keçmişini çəkirəm.

-Uşaqlıq illəriniz necə keçib? Freddinin bacısı olmaq çətin deyildi ki?

-Mənim uşaqlıq illərim normal keçib. Bəzən Freddi ilə mahnı oxuyurdum. Freddinin bacısı olmaq bir az çətin idi.

-Freddi Merkyuri ilə aranızda hansı oxşarlıqlar var?

-Mənim gözlərim və üzüm ona çox oxşayır.

-Freddi Merkuri necə bir insan idi? Heç vaxt unutmadığınız bir xatirənizi bizimlə bölüşərdiniz…

-Freddi çox utanan oğlan idi. Amma həm çox sevimli, həm də gözəl idi. Mən yaxşı xatırlayıram ki, bir gün o mənə gül almışdı. Gülü mənə verdi və bərk qucaqlayıb dedi: “Kaş, sən mənim ən yaxşı bacımsan”.

-F. Merkurinin tez bir zamanda şöhrət, uğur qazanmasının sizcə sirri nə idi?

-Düşünürəm ki, Freddinin uğur qazanmasının sirri onun xarizması ilə bağlı idi.

-Freddi Merkyurinin tarixdə ən böyük xidməti nə olub? Sizcə onun hansı əməli nümunə götürülə bilər?

-Mənim qardaşım kim olduğunun axtarışında idi… Onun musiqi sahəsinə böyük təsiri oldu. Freddi özü idi.  Özü olmaq isə yaxşı bir örnəkdir.

-Freddi Merkurinin bacısı olmaq necə hisdir? O, evdə, ailədə necə bir insan idi?

-Freddinin bacısı olduğum üçün çox xoşbəxtəm. O, evdə də çox utancaq idi. Hətta mən onu bizimlə yeməyə dəvət edəndə də mənə güllər alırdı.

İndi isə onun sevənlərinə çox bağlıyam.

Kimi daha çox qardaşınıza oxşadırsınız? Ailədə ona oxşar biri var?

-Marc Martel fiziki və vokal olaraq mənə qardaşımı xatırladır.

Freddi Merkurinin həyatının belə tez sona çatmasına nə səbəb oldu?

Fredinin həyatı çox kədərli oldu. Onun ölüm səbəbi AIDS və “sətələcəm” oldu.

Onun videolarına və şəkillərinə baxanda çox özümü xoşbəxt hiss edirəm.

– Azərbaycana səfər etmisiniz? Azərbaycan barədə nə deyə bilərsiniz?

-Xeyr. Mən heç vaxt Azərbaycana getməmişəm. Ona görə də bu haqqda heç nə deyə bilmərəm.

-Freddi Merkurinin ailəsinin Azərbaycan (Cənubi Azərbaycan-İran) əsilli olduğu idda edilir. Bu nə dərəcədə doğrudur?

-Xeyr!  Freddi də Hindistandan olan pars idi. O, Fərrox Bulsara adı altında dünyaya gəldi. Zərdüştiliyə etiqad edən pars idi!

-Sonda Azərbaycanda Freddi Merkuri sevənlərə,oxuyucularımıza nə demək istərsiniz?

-Freddi hələ də sizi sevir…

 

 

Freddi Merkuri (Fərrux Bulsara) – Böyük Britaniyanın əfsanəvi müğənnisi, mahnı bəstəkarı və səsyazma prodüseri. O, daha çox “Queen” qrupunun solisti kimi tanınır. Freddi Merkyuri parlaq səhnə performansı və dörd oktavalıq vokal diapazonu ilə məşhurlaşıb.

1946-cı ildə Tanzaniyanın Zənzibar adasında anadan olub. Valideynləri Bomi və Cer Bulsara Hindistana köçən Pars Zərdüştləri olub. Onlar Hindistandan Zənzibara Bominin Britaniya Koloniya İdarəsindəki işləri ilə əlaqədar immiqrasiya ediblər. “Bulsara” soyadı Hindistanın Qucarat ştatındakı Bulsar (Valsad) şəhərinin adından götürülüb. Dünya rok musiqisinin kralı 45 yaşlı Freddi Merkyuri 1991-ci ilin 24 noyabr tarixində gözlərini əbədi olaraq yumub. Ölümünün əsl səbəbi kimi QİÇS-dən əmələ gəlmiş sətəlcəm xəstəliyi göstərilir. Mənsub olduğu Zərdüştlük dininə əməl etməsə də, dəfni bu dinin qayda-qanunları əsasında həyata keçirilir. Cənazəsi Kensal adında Yaşıl Qəbirsanlıqda yandırılır amma, külünün yerləşdiyi yer hələ ki, heç kimə məlum deyil. Freddi Merkyurinin özündən kiçik Kəşmirə adlı bacısı da var. Freddi Merkyurinin ailəsinin Azərbaycan əsilli olması da iddia edilir.

Hafiz Əhmədov

Əvvəlki məqalə

Polis balta ilə cinsi azlıqlara hədə-qorxu gələn şəxsi axtarır –

Sonrakı məqalə

“Qaraqalpaqdakı etirazlarda ölənlər içki və narkotikin təsiri altında olub”