Fuad Qəhrəmanlı saxlanılıb

- 15 gün həbsdə olacaq
01 Noyabr 2019 - 12:12

Azərbaycan Xalq Cəbhəsi Partiyasının keçmiş sədr müavini Fuad Qəhrəmanlı həbs edilib.

Hüquq-mühafizə orqanlarından Trend-ə verilən məlumata görə, F. Qəhrəmanlı oktyabrın 31-də Nərimanov rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Xırda xuliqanlıqda təqsirləndirilən AXCP funksioneri Nərimanov rayon Məhkəməsinin qərarı ilə 15 sutka həbs edilib.