Gəncədə dəm qazından boğulma hadisəsi baş verib. APA-nın yerli bürosunun xəbərinə görə, Gəncə Aqrar Universitetinin tələbəsi Məmmədov Tural Uğur oğlu Gülüstan qəsəbəsində yaşadığı mənzildə dəm qazından boğularaq ölüb. Faktla bağlı araşdırma aparılır.