Gədəbəy, Kəlbəcər və Laçın istiqamətlərində mövqelərimiz atəşə tutulur

İyunun 17-si saat 10:45-dən etibarən Ordumuzun Gədəbəy, Kəlbəcər və Laçın rayonları istiqamətlərində yerləşən bölmələri Ermənistan silahlı qüvvələrinin üzbəüz mövqelərdə yerləşən bölmələri tərəfindən müxtəlif çaplı atıcı silahlardan intensiv atəşə tutulur.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Azərbaycan Ordusu tərəfindən qeyd olunan bütün istiqamətlərdə adekvat cavab tədbirləri görülür.

Əməliyyat şəraiti bölmələrimizin tam nəzarəti altındadır.

Əvvəlki məqalə

Prezident İlham Əliyev kral III Çarlzı təbrik edib

Sonrakı məqalə

Qaradağda Qazinin maşınını yandırması ilə bağlı rəsmi açıqlama