BMT Suriya, Ukrayna, Əfqanıstan, Efiopiya, Yəmən və digər 67 ölkənin sakinlərinə təcili yardım göstərmək üçün lazım olan məbləği açıqlayıb.
Azpost.info xəbər verir ki, planetin müxtəlif yerlərində baş verən humanitar böhranların nəticələrini aradan qaldırmaq üçün 2024-cü ildə BMT-yə 46,4 milyard dollar lazımdır.
BMT hesab edir ki, ölkələr bu xərcləri maliyyələşdirməyə kifayət qədər hazır deyillər.
Təşkilat bildirir ki, təcili humanitar yardım üçün kifayət qədər maliyyə yoxdursa, bu, insanların həyatını təhdid edəcək.
BMT bu vəsaitlə 72 ölkədə humanitar yardımın xərclərini ödəməyi planlaşdırır. Hazırda ən böyük ehtiyac Suriya, Ukrayna, Əfqanıstan, Efiopiya və Yəməndə müşahidə olunur.
Azpost.info