Gələn il Naxçıvan büdcəsinin gəlir və xərcləri nə qədər olacaq?

2024-cü ildə Naxçıvan Muxtar Respublikasının büdcəsinin gəlir və xərcləri bərabər olmaqla 516,4 milyon manat proqnozlaşdırılır. Bu da 2023-cü illə müqayisədə 88,6 milyon manat və ya 14,7 faiz azdır.

Bu, “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası qanununun layihəsində öz əksini tapıb.

Xərclərin azalması əsasən Naxçıvan Muxtar Respublikasının büdcəsində nəzərdə tutulmuş bir sıra təşkilatların və tədbirlərin maliyyələşdirilməsinin 2024-cü ildən dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərinə keçməsi ilə əlaqədar olub.

Əvvəlki məqalə

Almaniya Ukraynaya daha 25 Leopard tankı təhvil verib

Sonrakı məqalə

Blinken Seulda Rusiya və KXDR arasında əməkdaşlığı müzakirə edəcək