“Gələn il Putin üçün vəziyyət xeyli çətinləşəcək”- Britaniya XİN

Ukrayna qış başlayana qədər Qərb silahları ilə Rusiya ərazisinin dərinliklərinə zərbələr endirmək üçün icazə ala bilər.

Azpost.info xəbər verir ki, bunu Böyük Britaniyanın xarici işlər naziri Devid Lammi deyib.

“Yaxın günlərdə və həftələrdə 2025-ci ilin bu çətin qışına yaxınlaşdığımız zaman Ukraynanı ehtiyacı olan hər şeylə təmin etmək üçün çox güclü mövqedə olacağıq”, – XİN başçısı bildirib.

Britaniya kəşfiyyatının fikrincə, gələn il Rusiya diktatoru Vladimir Putin üçün vəziyyət xeyli çətinləşəcək: “Rusiya iqtisadiyyatı pis vəziyyətdədir. Bundan başqa, Kreml rəhbəri itkilərin və qurbanların sayının öhdəsindən gəlməkdə çox çətinlik çəkəcək”.

Azpost.info

Əvvəlki məqalə

“Bu, Ukrayna ilə bağlı sülh yox, kapitulyasiya təklifləridir”

Sonrakı məqalə

“Tıxacda qalmağımızın nəticəyə təsiri böyük oldu”