Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik üzrə Ali nümayəndəsi Jozep Borrel Brüsseldə Aİ nazirlərinin görüşündə ABŞ-ın keçmiş prezidenti Donald Trampın son bəyanatına etiraz edib.
Azpost.info xəbər verir ki, o, Trampı və digər siyasətçiləri daha ciddi olmağa çağırıb.
Borrel bu açıqlaması ilə Trampın Rusiyanın Alyans ölkələrinə hipotetik zərbələrini dəstəkləməyə hazır olması ilə bağlı sözlərini şərh edib. O qeyd edib ki, NATO prezidentlərin əhval-ruhiyyəsindən asılı olan təşkilat deyil.
“Gəlin, ciddi olaq. NATO ABŞ prezidentinin konkret günlərdəki əhval-ruhiyyəsindən asılı olan hərbi ittifaq deyil”, – Borrel vurğulayıb.
Tramp məlum bəyanatında bildirib ki, NATO-ya üzv ölkələr Alyans qarşısında maliyyə öhdəliklərini yerinə yetirməkdən imtina edərlərsə, Rusiyanı onlara hücum etməyə yönləndirəcək. O, borcluları müdafiə etməyəcəyini deyib.
Azpost.info