Gəncə şəhər Baş Polis İdarəsinin 3-cü Polis bölməsinə şəhər sakini 1993-cü il təvəllüdlü Gülnarə İsmayılovanın baş və sol bilək nahiyələrinin kəsilmiş-deşilmiş və 2002-ci Pərvanə İsmayılovanın isə bilək nahiyəsindən kəsilmiş yaraları alaraq xəstəxanaya yerləşdirilməsi barədə məlumat daxil olub.
Bu barədə APA-ya DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis kapitanı Eşqin Qasımov bildirib.
Onun sözlərinə görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd olunan şəxslərə xəsarət yetirməkdə şübhəli bilinən, 1981-ci il tədbirləri Vüsal Rzayev saxlanılıb: “Araşdırmalar zamanı məlum olub, şübhəli şəxs qeyri-rəsmi yaşadığı G. İsmayılova ilə şəxsi münasibətlər zəminində mübahisə zamanı sonuncuya bıçaqla xəsarət yetirib, bu zaman onları aralamaq istəyən P. İsmayılova da xəsarət alıb”.