Gəncədə qətl hadisəsi baş verib.
Hadisə şəhərin Eminbəyli küçəsində qeydə alınıb. Qardaş bıçaqla bacısını qətlə yetirib.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olub.
Gəncədə bacısını qətlə yetirən qardaş saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan bildirilib ki, Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini, Pəri Allahverdizadəni kəsici-deşici alətlə qətlə yetirməkdə şübhəli bilinən, onun qardaşı Əli Allahverdizadə saxlanılaraq istintaqa təhvil verilib.
Gəncədə baş verən qətlin bəzi təfərrütları məlum olub.
Qardaş bacısını “Instagram”dan istifadə etdiyi üçün bıçaqlayıb. O, bacısının boğazını kəsərək qətlə yetirib.
Qeyd edək ki, Əli Allahverdizadə hərbçidir. (APA)