Gənclər və idman nazirinin iki müavini vəzifəsindən azad edildi –

Yeni şəxslər təyin olundu (SƏRƏNCAM)
29 Noyabr 2021 - 17:24

Prezident İlham Əliyevin 29 noyabr 2021-ci il tarixli sərəncamları ilə İntiqam Vaqif oğlu Babayev və İsmayıl Sultan oğlu İsmayılov gənclər və idman nazirinin müavini vəzifəsindən azad edilib.

Prezidentin 29 noyabr 2021-ci il tarixli digər sərəncamları ilə İndira Niyazi qızı Hacıyeva və Mariana Toteva Vasileva gənclər və idman nazirinin müavini vəzifəsinə təyin olunub.