Gədəbəy sakini ailə üzvləri tərəfindən döyülərək öldürülüb

Noyabrın 22-də saat 19 radələrində Gədəbəy rayonu Düzyurd kənd sakini 1959-cu il təvəllüdlü Vaqif Cəfərovun xəstəxanada ölümü ilə rayon polis şöbəsinə məlumat daxil olub.

DİN Mətbuat Xidmətinin regional qrupundan APA-ya bildirilib ki, araşdırmalarla ağır bədən xəsarətləri ilə xəstəxanaya daxil olan şəxsin ailə üzvləri tərəfindən döyülməsi ilə bağlı şübhələr müəyyən edilib.

Araşdırmalar davam etdirirlir.

Əvvəlki məqalə

Polşa millisi dünya çempionatlarında antirekorda imza atıb

Sonrakı məqalə

Bu günə olan valyuta məzənnələri