Gəncə hadisələrinə görə məhkum olunan 17 nəfər əfv edildi –ADLAR

Bu gün həbsdən azad olunanlar arasında Gəncə hadisələrinə görə məhkum edilənlər də var.

Sözügedən hadisələrə görə məhkum həyatı yaşayan Kamal Məhərrəmov, Raul Süleymanov,  Elman Quliyev, Şahlar Rzayev, Orxan Yağnəliyev, Toğrul Verdiyev, Vüqar Allahverdiyev, Tural Bayramov, Seymur Əliyev, Hacıyev Maarif, Ruslan Həsənov, Əli Rzayev, Yavər İsmayılzadə, Zabil Məmmədov, Elman Rüstəmov, Qənbər Qarazadə, Vaqif Əşrəfov, Asif Cavadov da əfv olunanlar siyahısındadır.

Qeyd edək ki, onlar 2018-ci il iyulun 10-da Gəncə şəhərində radikal dini yönümlü bir qrup şəxs tərəfindən ictimai asayişin pozulmasına yönələn zorakılıq aktları, hakimiyyət nümayəndələrinə silahlı müqavimət göstərilməsi, o cümlədən müxtəlif dərəcəli bədən xəsarətləri yetirilməsi, iki polis zabitinin qəsdən öldürülməsi ilə müşayiət olunan kütləvi iğtişaşlar törədilməsinə görə azadlıqdan məhrum edilmişdilər.

Əvvəlki məqalə

Hulusi Akar Azərbaycana gəlib

Sonrakı məqalə

“Səddam Hüseyn mənə dedi ki, yalnız Heydər Əliyevi tanıyıram” –