Gəncədə kişi keçmiş həyat yoldaşını bıçaqla öldürdü

Gəncədə bıçaqlanma hadisəsi baş verib.

Hadisə şəhərin Məhsəti qəsəbəsində qeydə alınıb.

Belə ki, 1995-ci il təvəllüdlü Züleyxa Şirinova bıçaqlanma diaqnozu ilə xəstəxanaya yerləşdirilib, dərhal əməliyyat edilib.

Həkimlərin səyinə baxmayaraq, Züleyxa Şirinovanın həyatını xilas etmək mümkün olmayıb. (APA)

Gəncə Şəhər Baş Polis İdarəsinə şəhər sakini Züleyxa Şirinovanın bıçaq xəsarəti alaraq ölməsi barədə məlumat daxil olub.

Bu barədə DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov bildirib. Qeyd edilib ki, dərhal Baş Polis İdarəsinin və Şəhər Prokurorluğunun əməkdaşları hadisə yerinə gələrək müvafiq araşdırmalar aparıb. Cinayəti törətməkdə şübhəli bilinən şəhər sakini Ruslan Şirinov saxlanılıb.

 

Faktla bağlı araşdırmalar aparılır.

Qeyd edək ki, R. Şirinov mərhumun keçmiş həyat yoldaşıdır.

Əvvəlki məqalə

Jurnalistlərin işğaldan azad edilən Talış kəndinə səfəri təşkil edilib

Sonrakı məqalə

Sabaha olan hava proqnozu