Gəncədə məktəb direktoru intihara cəhd edib

Gəncədə intihara cəhd hadisəsi baş verib.

Gəncə şəhər İ. Qayıbov adına 1 nömrəli tam orta məktəbin direktoru Mətanət Qarayeva dərman içərək özünü zəhərləyib.

Onun hansı səbəbdən intihara cəhd etməsinin səbəbləri məlum deyil.

Məktəb direktoru Gəncədə yerləşən xəstəxanalardan birində müalicə alır.

Onun vəziyyətinin kafi olduğu bildirilir. (APA)

Əvvəlki məqalə

Laçından Xankəndinə aparan yeni yol asfaltlanır –

Sonrakı məqalə

Azərbaycanda daha 27 nəfər COVID-19-a yoluxub