G7 ölkələri Rusiyaya sərmayə qoymağı qadağan etdi –Yeni sanksiyalar açıqlandı

G7 ölkələrinin liderləri Rusiya iqtisadiyyatının əsas sahələrinə yeni investisiyaların qoyulmasına qadağa qoyub.

Azpost.info xəbər verir ki, bu barədə G7 dövlət və hökumət başçılarının bu gün yaydığı bəyanatda deyilir. “Biz Rusiya iqtisadiyyatının əsas sahələrinə, o cümlədən enerji sektoruna yeni investisiyaları qadağan edirik”, – bəyanatda qeyd olunur.

Sənəd müəllifləri bildirir ki, G7 ölkələri Rusiya banklarını qlobal maliyyə sistemindən ayırmağa davam edəcək: “Biz təzyiqi gücləndirəcək, o cümlədən dövlət şirkətlərinə qarşı əlavə sanksiyalar tətbiq edəcəyik”.

G7 bəyan edir ki, onlar rus elitasının nümayəndələrinə və onların qohumlarına qarşı məhdudlaşdırıcı tədbirləri davam etdirəcəklər. Bəyanatda həmçinin G7-nin Rusiya hərbi-sənaye kompleksinə qarşı əlavə tədbirlər görməyə hazır olduğuna da işarə edilib.

Azpost.info

Əvvəlki məqalə

Rusiyanın BMT-nin İnsan Haqları Şurasındakı üzvlüyü dayandırıldı

Sonrakı məqalə

ABŞ Senatı Rusiyadan enerji idxalına qadağaya səs verdi