G7 ölkələrinin liderləri Ukraynaya 2024-cü ilin sonuna kimi Rusiyanın dondurulmuş aktivlərindən gələcək gəlirlər hesabına 50 milyard dollar kredit ayırmağa razılaşıblar.
Azpost.info xəbər verir ki, bu barədə Yelisey sarayından bildirilib.
“Bloomberg”in məlumatına görə, razılaşmanın təfərrüatları hələ yekunlaşdırılmayıb. Bu o deməkdir ki, sənədin imzalanmasına qədər daha bir müddət keçə bilər.
Birləşmiş Ştatlar daha əvvəl Ukraynaya 50 milyard dollar kredit verməyi təklif etmişdi ki, bu da Rusiyanın dondurulmuş aktivlərindən əldə edilən gəlir hesabına ödəniləcək.
Azpost.info