General Bəkir Orucov və digərlərinin şikayəti üzrə məhkəmə başlayıb- “Tərtər işi”

“Tərtər işi” ilə bağlı ittiham olunan general-mayor Bəkir Orucov, İntiqam Məmmədov, Rahib Məmmədov, Ziya Kazımov və Ülvi Rəşidovun barələrindəki hökmdən verilən şikayət üzrə məhkəmə prosesi başlayıb.

Bakı Apellyasiya Məhkəməsində keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları və apellyasiya şikayətinin dəlilləri araşdırılıb.

İş üzrə vəkillər apellyasiya şikayətinə istintaqla baxılmasını və sabiq Baş Qərargah rəisi, general-polkovnik Nəcməddin Sadıkovun şahid qismində dindirilməsi ilə bağlı vəsatət veriblər.

Vəsatət təmin edilməyib və məhkəmə baxışı fevralın 28-də davam etdiriləcək(apa).

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.