Girov götürülən gəmilər Xəzər Dəniz Gəmiçiliyinə aid deyil

Afrika qitəsində saxlanılan gəmilər ASCO-ya aid deyil.

Bu barədə Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi QSC-nin (ASCO) mətbuat katibi Mehman Mehdiyev bildirib.

O deyib ki, belə hallarda dənizçilər və onların ailələrindən çoxsaylı narahatlıq mesajları alırlar: “Yanlış məlumatlar kimi, yanlış görüntülər də onlar arasında çaşqınlıq yaradır”.

Qeyd edək ki, Azərbaycana məxsus 3 gəminin heyəti ilə birlikdə Afrikada yerləşən Eritreya dövlətinə aid sularda həbs edildiyinə dair məlumat yayılıb. Gəmilərin Bakıdan yola çıxdığı, havanın küləkli olması səbəbindən Afrika – Eritreya istiqamətinə yönəldiyi, guya Eritreya sularına daxil olduğu üçün saxlanıldığı bildirilir.

Qeyd edək ki, Azərbaycana məxsus 3 gəmi heyəti ilə birlikdə Afrikada, Eritreya sahillərində girov götürülüb.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.