Prediabet (gizli şəkər) səkkiz-on il ərzində şəkərli diabetə çevrilir.
Azpost.info xəbər verir ki, lakin mütəxəssislər xəbərdarlıq edir ki, sağlamlığınıza nəzarət etməsəniz 4 il sonra xroniki xəstəlik inkişaf edər.
“Sağlamlığına qətiyyən diqqət yetirməyən, divanda uzanıb yüksək glisemik indeksli yeməklər yeyənlərdə dörd ildən sonra şəkərli diabet yarana bilər”, – həkimlər deyir.
Onların sözlərinə görə, risk qrupuna yaşı 35-dən yuxarı olan, artıq çəkisi olan və valideynləri bu xəstəlikdən əziyyət çəkənlər daxildir.
Mütəxəssislər qeyd edir ki, həyat tərzinizi tamamilə dəyişsəniz, prediabetdən diabetə keçidin qarşısını həqiqətən də almaq olar. Belə xəstələr fiziki fəaliyyətə vaxt ayırmalı, alkoqol və siqaretdən imtina etməli, həmçinin aşağı glisemik indeksi olan daha çox qida qəbul etməlidirlər.
Azpost.info