Gömrük Komitəsi büdcəyə 2,5 milyard manat köçürüb- Altı ayda

Yanvar-iyun aylarında Dövlət Gömrük Komitəsi tərəfindən dövlət büdcəsinə daxilolmalar 2 milyard 539,7 milyon manat olub.

Komitədən bildirilib ki, altı ayda gömrük rüsumları üzrə dövlət büdcəsinə daxilolmalar 638 milyon 309 min manat, əlavə dəyər vergisi üzrə 1 milyard 802 milyon 832 min manat, aksizlər üzrə 69 milyon 913 min manat, yol vergisi üzrə isə 28 milyon 687 min manat təşkil edib.

Əvvəlki məqalə

Aİ-də inflyasiya yüksələrərk 7,6 faizə çatacaq

Sonrakı məqalə

Sabah hava necə olacaq