Dövlət Gömrük Komitəsi ökə ərazisində bütün sərhəd-keçid məntəqələrini iki il ərzind yeni rentgen avadanlıqları ilə təchiz etmək niyyətindədir.
Azpost.info bildirir ki, bunu DGK-nin sədri Səfər Mehdiyev deyib.
“Bütün sərhəd-keçid məntəqələrində yeni rentgen avadanlıqlarının alınaraq quraşdırılması nəzərdə tutulur və yaxın iki il ərzində bu iş tamamlanacaq”, – deyə S.Mehdiyev Alman-Azərbaycan Xarici Ticarət Palatasının icraçı direktoru Tobias Baumann ilə görüş zamanı bildirib.
Mehdiyevin sözlərinə görə, bu bütün nəqliyyat vasitələrinə fiziki yoxlama həyata keçirilmədən ölkə ərazisinə girişi təmin etməyə imkan verəcək.