Gömrükdən keçirilən malların hansı ölkələrə mənsub olması araşdırılıb

08 Sentyabr 2019 - 10:17

2019-cu ilin avqust ayı ərzində Azərbaycan ərazisindən ixrac olunan malların hansı ölkəyə mənsub olmasını müəyyən etmək üçün 1932 ekspertiza təyin olunub.

Azpost.info bildirir ki, bu barədə İqtisadiyyat Nazirliyinin İstehlak Mallarının Ekspertizası Mərkəzinin məlumatında deyilir.

Qeyd olunur ki, ölkəmizin gömrük ərazisindən ixrac olunan malların mənşə ölkəsinin təyin edilməsi üzrə müvafiq ekspertizalar ötən ilin müvafiq dövrü ilə müqayisədə 14.4% çox olub.