Gömrükdən keçən maşınlar rentgenlə yoxlanacaq –Yeni avandlıq gətirilir   

Dövlət Gömrük Komitəsi ökə ərazisində bütün sərhəd-keçid məntəqələrini iki il ərzind yeni rentgen avadanlıqları ilə təchiz etmək niyyətindədir.

Azpost.info bildirir ki, bunu DGK-nin sədri Səfər Mehdiyev deyib.

“Bütün sərhəd-keçid məntəqələrində yeni rentgen avadanlıqlarının alınaraq quraşdırılması nəzərdə tutulur və yaxın iki il ərzində bu iş tamamlanacaq”, – deyə S.Mehdiyev Alman-Azərbaycan Xarici Ticarət Palatasının icraçı direktoru Tobias Baumann ilə görüş zamanı bildirib.

Mehdiyevin sözlərinə görə, bu bütün nəqliyyat vasitələrinə fiziki yoxlama həyata keçirilmədən ölkə ərazisinə girişi təmin etməyə imkan verəcək.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Azərbaycan rəsmən bəyan etdi:

Sonrakı məqalə

Azərbaycan Radiosunda Bədii Şura yaradıldı –