Goranboya dolu düşüb

Goranboya güclü yağış, daha sonra isə dolu yağıb.

Bu gün saat 21 radələrində iri buz parçları rayonun Veysli kəndində müşahidə edilib. Dolu 10 dəqiqəyə yaxın davam edib. Hələlik ziyanla bağlı məlumat yoxdur.

Qeyd edək ki, Qərb bölgəsində yağışlı hava şəraiti davam edir.

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.