Goranboyda 76 yaşlı kişini qatar vurub

Goranboyda qatar

Goranboyda 76 yaşlı kişini qatar vurub

Azərbaycan Dəmir Yolunun Dəliməmmədli stansiyasının ərazisində qatar 76 yaşlı kişini vurub.

AzPost APA-ya istinadən bildirir ki, Dəliməmmədli şəhər sakini 1949-cu il təvəllüdlü Sabir Abdullayevi hərəkətdə olan qatar çiyin nahiyəsindən vuraraq yerə yıxıb.

Xəsarət alan yaşlı kişi Gəncədə yerləşən xəstəxanaların birinə yerləşdirilib.

Əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.