“Göyçə-Zəngəzur Respublikası” adlı bir qurumu tanımırıq, bu özfəaliyyətdir”-Qərbi Azərbaycan İcması bəyanat yaydı

Qərbi Azərbaycan İcması “Göyçə-Zəngəzur Respublikası” adlı qurum adından müxtəlif paylaşımlar edilməsinə münasibət bildirib.

Qərbi Azərbaycan İcması bununla bağlı bəyanat yayıb.

“Son zamanlar “Göyçə-Zəngəzur Respublikası” adlı qurum adından müxtəlif məsuliyyətsiz paylaşımlar edilir. Bununla bağlı Qərbi Azərbaycan İcmasına çoxsaylı müraciətlərin daxil olduğunu nəzərə alaraq bildiririk ki, Qərbi Azərbaycan İcması “Göyçə-Zəngəzur Respublikası” adlı bir qurumu tanımır, onunla heç bir əlaqəsi yoxdur və tarixi torpaqlarımızla bağlı belə özfəaliyyət hərəkətlərini yolverilməz və zərərli hesab edir. Bütün media nümayəndələrindən xahiş edirik ki, Qərbi Azərbaycanla bağlı hər hansı bir informasiyanın dəqiqliyinə əmin olmaq üçün Qərbi Azərbaycan İcmasına müraciət etsinlər”, – bəyanatda deyilir.

Əvvəlki məqalə

Jurnalist Rəşad Rüstəmov vəfat edib

Sonrakı məqalə

Ukraynaya hərbi yardım missiyası yaradılır