Göyçayda 14 yaşlı qız həşərat dərmanı içərək ölüb

Göyçayda 14 yaşlı yeniyetmə zəhərlənərək ölüb.

Rayonun Qaraxıdır kənd sakini, 2008-ci il təvəllüdlü Günəş Salikova yaşadığı evin həyətində yerləşən istixanada zərərverici həşəratların məhv edilməsi üçün qoyulmuş zəhəri içib.

O, pomidor şitillərinə vurulmaq üçün şirə şüşəsinə doldurulmuş mayeni, sərinləşdirici içki ehtimal edib.

Nəticədə 14 yaşlı qız ölüb.

Faktla bağlı araşdırma aparılır. (APA)

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.