Göygöldə 2 lüks avtomobil yandırılıb.
Bir nəfər rayon sakini “Porche” və “BMW” markalı avtomobillərə yandırıcı maddə tökərək od vurub.
Hadisə yerinə dərhal FHN və Göygöl Rayon Polis Şöbəsinin əməkdaşları cəlb olunub. (Qafqazinfo)
Göygöl Rayon Polis Şöbəsinə rayonun A. Hacıyev küçəsində BMW və Porche markalı minik avtomobillərin yanması ilə bağlı məlumat daxil olub.
DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, dərhal Rayon Polis Şöbəsinin və Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları hadisə yerinə gəlib. YMX əməkdaşları tərəfindən yanğın qısa zamanda söndürülüb xəsarət alan olmayıb. Əməliyyat-axtarış tədbirləri nəticəsində yanğını törətməkdə şübhəli bilinən rayon sakini, əvvəllər məhkum olunmuş Fərid Hacıyev saxlanılıb.
Faktla bağlı araşdırmalar davam etdirilir.
https://www.youtube.com/shorts/PSjutOw609c?feature=share