Göygöldə 2 yaşlı uşağı döyüb xəsarət yetirən şəxs həbs edilib –FOTO

Göygöl rayonunda 2 yaşlı uşağı döyüb xəsarət yetirən şəxs həbs edilib 
Azpost.info bildirir ki, bu barədə uşaq hüquqları üzrə müdafiəçi Kəmalə Ağazadə məlumat verib.
“Göygöl şəhərində müvəqqəti yaşayan, Gəncə şəhər sakini, 2004-cü il təvəllüdlü Kərimova Kəmalə Azər qızı, polisə müraciət edərək, azyaşlı övladı, 2022-ci il təvəllüdlü Kərimov Turqut Ehtiram oğlunu qeyri-rəsmi yaşadığı, Ağcabədi şəhər sakini, 1998-ci il təvəllüdlü Qasımov Şirin İlqar oğlu spirtli içki təsiri altında döyərək xəsarət yetirdiyini bildirmişdir. Azyaşlıya Göygöl Rayon Mərkəzi Xəstəxanasında ilkin tibbi yardım göstərilmiş və Gəncə şəhər Uşaq cərrahiyə şöbəsinə göndərilmişdir. Faktla bağlı Göygöl Rayon Polis şöbəsində cinayət işi başlanılıb, hadisəni törədən şəxs həsb olunub.”
Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.