Bir insanın gündə ən çox iki alma yeməsi tövsiyə olunur.
Azpost.info xəbər verir ki, bunu rusiyalı qastroenteroloq Lyudmila Suxorukova deyib.
Onun sözlərinə görə, bu meyvəni həddən artıq yemək qastrit, mədə xorası və öd kisəsində iltihab da daxil olmaqla bir çox təhlükə yarada bilər.
“Həddindən artıq miqdarda alma kolit, xora və qastriti ağırlaşdıra və ya öd kisəsində iltihaba təkan verə bilər. Buna görə də gündə iki almadan çox olmamalıdır. Əks halda, meyvə turşularının çox olması səbəbindən mədə-bağırsaq traktı qıcıqlanar. Həmçinin, meyvə turşuları diş minasını çox tez məhv edə bilir. Buna görə də həkimlər alma yedikdən sonra ağzınızı su ilə yaxalamağı məsləhət görürlər”, – Suxorukova bildirib.
Həkimin sözlərinə görə, C vitaminini mümkün qədər çox almaq üçün almanı mümkün qədər təzə yemək tövsiyə olunur. Eyni zamanda, mədə-bağırsaq traktında heç bir problem yoxdursa, meyvəni qabığı ilə yemək daha yaxşıdır.
Azpost.info