“”Gürcü arzusu” iqtidarı Moskvanı razı salmağa çalışır” –Gürcüstan prezidenti Zurabişvili

““Gürcü arzusu” hökuməti xarici agentlər haqqında qanunu qəbul etməklə Moskvanı razı salmağa çalışır”.

Azpost.info bildirir ki, bu sözləri Gürcüstan prezidenti Salome Zurabişvili  DW-yə müsahibəsində bildirib.

“Niyə bunu etdikləri siyasi baxımdan tamamilə anlaşılmazdır. Əvvəllər hakimiyyəti saxlamağa çalışdıqları baxımından izah etmək olardı. Amma indi bunu söyləmək mümkün deyil. Bu Moskvanı razı salmaq istəyidir. Bu addımı Gürcüstanın Avropa İttifaqına namizəd olması ilə barışa bilməyən bir mərkəzi razı salmaqan başqa heç nə ilə izah etmək olmaz”, – Zurabişvili bildirib.

Əvvəlki məqalə

Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi əvvəlki vəziyyətinə qaytarılıb

Sonrakı məqalə

Stresə qalib gəlməyin pulsuz və sadə üsulu tapılıb