“Gürcüstan hakimiyyəti əvvəllər Cənubi Osetiyada 2008-ci ildə o vaxtkı prezident Mixail Saakaşvilinin başlatdığı müharibə ilə bağlı həqiqəti deyə bilməyib”.
Azpost.info bildirir ki, bu bəyanatla Baş nazir İrakli Kobaxidze çıxış edib.
Hökumət başçısı hakim “Gürcü arzusu” partiyasının qurucusu Bidzina İvanişvilinin bəyanatını xatırladıb. Siyasətçi bəyan edib ki, Tbilisi Saakaşvinin törətdiyi münaqişəyə görə Cənubi Osetiyadan üzr istəmək üçün güc tapacaq.
Baş nazir eks-prezidentin lideri olduğu Vahid Milli Hərəkat Partiyasının bu cür sözlərə reaksiyasını şərh edib: “Radikal müxalifəti müharibənin başlaması deyil, qarşılıqlı bağışlanma və barışıq mövzusu qəzəbləndirib”.
O, bu cür bəyanatların “2008-ci ildə kənardan aldığı tapşırığı yerinə yetirərək müharibəyə başlayan” “Milli Hərəkat rejimi”nin məqsədlərinə zidd olduğunu vurğulayıb.
“Biz gürcü cəmiyyətinə 2008-ci il avqustun 7-də Gürcüstanda müharibəyə məhz Saakaşvili rejiminin başladığı barədə bütün həqiqəti deməmək imkan verə bilmərik”, – deyə baş nazir bildirib.