Gürcüstan Baş naziri İrakli Kobaxize ölkənin 2030-cu ilə qədər Avropa İttifaqına üzvlüyünü real adlandırıb.
Azpost.info xəbər verir ki, onun fikrincə, buna hazırda dövlətlə Aİ arasında mövcud olan problemlər mane olmayacaq.
“2030-cu ilə kimi digər namizəd ölkələrlə müqayisədə Gürcüstan Avropa İttifaqına inteqrasiyaya daha yaxşı hazır olacaq. Bu məqsədlə biz müvafiq addımlar atmağa davam edəcəyik”, – Kobaxidze bildirib.
Azpost.info