“Gürcüstan Aİ və NATO-ya üzv olmaq imkanını riskə atıb”- ABŞ Dövlət Departamenti

Gürcüstan anti-Qərb ritorikasına və xarici agentlər haqqında qanun layihəsinə görə Aİ və NATO-ya üzv olmaq imkanını riskə atıb.

Azpost.info xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller bildirib.

Onun sözlərinə görə, Gürcüstan hökumətinin hərəkətləri demokratik dəyərlərlə bir araya sığmır.

Miller hesab edir ki, Gürcüstan hökumətinin bəyanatları və hərəkətləri Aİ və NATO üzvlüyünün əsasında duran demokratik dəyərlərə uyğun gəlmir və Gürcüstanın Avroatlantik inteqrasiya yolunu təhlükə altına qoyur.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.