“Gürcüstan Aİ-yə doğru getməkdənsə, Rusiya ilə iş görməkdə daha maraqlı görünür”- “Reuters”

“Gürcüstan hakimiyyəti Avropa İttifaqına doğru irəliləməkdən daha çox Rusiya ilə işgüzar münasibətləri saxlamaqda maraqlıdır”.

Azpost.info xəbər verir ki, bu barədə adı açıqlanmayan avropalı rəsmiyə istinadən “Reuters” agentliyi məlumat yayıb.

“Gürcüstan hökuməti Avropa İttifaqına doğru getməkdənsə, Rusiya ilə iş görməkdə daha maraqlı görünür. Son vaxtlar Gürcüstan Aİ-yə daxil olmaq üçün zəruri olan əsas islahatları həyata keçirməkdən uzaqlaşıb. Buna baxmayaraq, Brüssel Tbilisidən uzaqlaşmağı planlaşdırmır, çünki əks halda Gürcüstan Rusiyanın təsir dairəsinə düşəcək”, – agentliyə danışan rəsmi bildirib.

Azpost.info

Əvvəlki məqalə

Uşaqlarda qızılcanın qarşını almaq üçün nə etməli? –

Sonrakı məqalə

“Sülh sazişinin imzalanma vaxtını Bakı və İrəvan özləri müəyyən etməlidir”-