Gürcüstan buğda ixracına qoyulan qadağanı ləğv edib

Gürcüstan hökuməti buğda ixracına qoyulan qadağanı ləğv edib.

Bu barədə Gürcüstanın Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı Nazirliyindən məlumat verilib.

Bildirilib ki, hökumətin qərarına əsasən, buğda ixracına qoyulan qadağa vaxtından əvvəl götürülüb və məhdudiyyət bu gündən etibarən qüvvəsini itirib.

Qeyd edək ki, Gürcüstan hökumətinin qərarına əsasən, 2022-ci il iyulun 4-dən 2023-cü il iyulun 4-dək Gürcüstanda buğda və arpa ixracı qadağan edilmişdi. Arpa qadağası tezliklə aradan qaldırılmışdı. Lakin buğdanın ixracına tətbiq olunan qadağa qüvvədə qalmışdı.

Gürcüstanın Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı naziri Otar Şamuqia bildirib ki, ölkədə ərzaq təhlükəsizliyi baxımından artıq heç bir təhlükə yoxdur, ona görə də həmin qadağaya artıq ehtiyac qalmayıb.

Əvvəlki məqalə

Azərbaycan və Tacikistan prezidentləri mətbuata bəyanatlarla çıxış edib

Sonrakı məqalə

İnam Kərimov hakim kimi and içib