Gürcüstan-Ermənistan sərhədinə gedən yol bütün nəqliyyat vasitələri üçün bağlanıb.
Buna səbəb qar fırtınası və görüntünün zəifləməsi olub.
Məhdudiyyət Koda-Partsxisi-Manglisi-Tsalka-Ninotsminda avtomobil yolunun 94-110-cu km-dədir (Paravani aşırımı).
Həmin marşrutun 110-147-ci km-də ağır yük və oturacaq yeri 22-dən çox olan avtomobillərin keçidi qadağan edilib(report).