Gürcüstan istiqamətində dövlət sərhədini pozmağa cəhd edən əcnəbi vətəndaş saxlanılıb

Dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, qeyri-leqal miqrasiyaya qarşı mübarizə tədbirləri çərçivəsində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Zaqatala” sərhəd dəstəsinin xidməti ərazisində sərhəd naryadının sayıqlığı nəticəsində dövlət sərhədinin pozulmasının qarşısı alınıb.

Noyabrın 21-də saat 18:15-də Balakən rayonunun Poçtbinə kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində Pakistan İslam Respublikası vətəndaşı 2001-ci il təvəllüdlü Azan Sohail Muhammad Azərbaycan Respublikasından Gürcüstan istiqamətində dövlət sərhədini pozmağa cəhd göstərərkən saxlanılıb.

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən  verilən xəbərə görə, araşdırma zamanı saxlanılan şəxsin ölkə ərazisinə rəsmi qaydada gəlməsi, dövlət sərhədini pozaraq Azərbaycan Respublikasından Gürcüstana, oradan isə Avropa ölkələrindən birinə miqrasiya etmək niyyətində olduğu müəyyən edilib.

Fakt üzrə qeyri-leqal miqrasiya kanalının aşkarlanaraq zərərsizləşdirilməsi istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.