Gürcüstan Rusiya ilə münasibətlərdə praqmatik siyasəti davam etdirmək niyyətindədir.
Azpost.info xəbər verir ki, bunu Baş nazir İrakli Kobaxidze deyib.
“Gürcüstan-Rusiya münasibətlərinə gəlincə, əlbəttə ki, biz praqmatik siyasət aparacağıq. Bu siyasət bizim üçün sülhü qorumaq və strateji maraqlarımızı qorumaq üçün ən vacib vasitələrdən biridir. Gürcüstan və Rusiya arasında münaqişənin həlli, əlbəttə ki, ən mühüm prioritetlərdən biri olaraq qalacaq”, – o bildirib.
Kobaxidzenin sözlərinə görə, Gürcüstanın öz qırmızı xətləri var: “Bu, bizim ərazilərimizin işğaldan azad edilməsi ilə bağlıdır və bizim öz məqsədlərimiz var. Bu qırmızı xətlər sona qədər qorunub saxlanılacaq və eyni zamanda praqmatik siyasət aparacağıq”.
Azpost.info