Gürcüstan XİN:"Ekspertlər razılaşdırılmamış ərazilərlə bağlı materialları nəzərdən keçirir"

“Ekspertlər materialları nəzərdən keçirdikdən sonra Azərbaycan və Gürcüstan arasında dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının növbəti iclası keçiriləcək”.

APA-nın yerli bürosunun xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Gürcüstan Xarici İşlər nazirinin müavini Laşa Darsalia deyib.

“Azərbaycan və Gürcüstan arasında dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının son iclası bu ilin may ayında keçirilib və bundan sonra ekspert qrupları çalışır. Materiallar təqdim olunduqdan sonra, tarixlər razılaşdırılacaq və komissiyanın növbəti iclası keçiriləcək”, – deyə Laşa Darsalia qeyd edib.

Xatırladaq ki, Gürcüstan parlamentində Azərbaycan və Gürcüstan arasında dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının işi ilə bağlı dinləmə keçirilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Nazirlər Kabinetində yeni təyinat olub

Sonrakı məqalə

Azərbaycana qida məhsullarının idxalı elektronlaşdırılır